YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması sənaye sektorunun inkişafına təkan verəcək

«"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd ölkəmizdə aparılan sənayeləşmə islahatların miqyasının daha da genişlənməsinə nail olmaqdan ibarətdir. Belə ki, sənaye sektorunun inkişafı iqtisadi diversifikasiya ilə bağlı hədəflərə nail olunmasında əsas priortitetlərdən hesab edilir. Bu baxımdan da, yeni qurumun formalaşdırılması bu istiqamətdə hədəflərə nail olunması baxımdan əhəmiyyətli hesab edilir». Bu fikirləri yap.org.az saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

 V.Bayramov bildirib ki, bütövlükdə, beynəlxalq təcrübədə bu istiqamətdə həm dövlət, həm də publik-hüquqi şəxs formasında qurumlar fəaliyyət göstərir. Onun sözlərinə görə, bu tip qurumların da məqsədi konkret olaraq seçilmiş sektorlarda islahatı dəstəkləmək və həmin sektorların inkişafına nail olmaqdır.

«Neftin dünya bazar qiyməti aşağı düşdükdən ötən müddətin təhlili göstərir ki, sənaye sektorunun dəstəklənməsi və təşviq edilməsi əsas priortitetlər siyahısındadır. Azərbaycanda bu sektorun daha da inkişaf etdirilməsi üçün kifayət qədər ciddi islahatlar həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi nəticəsində həyata keçirilən islahatlar sənayenin ölkə iqtisadiyyatında payının artmasına gətirib çıxarmışdır. Həmçinin sənayenin həm ümumi iqtisadiyyatda, həm də qeyri-neft ixracatında payının artırılması əsas hədəf olaraq qalmaqdadır ki, islahatlar da məhz bu məqsədə çatmasına imkan yaratmaqdadır. Bu baxımdan iqtisadiyyatın şaxələndirilməsinə nail olmaq istəyiriksə, birmənalı şəkildə sənaye sektorunun inkişafının dəstəklənməsinə və sənayenin həm ÜDM-in formalaşmasında, həm də ixracatda payının artırılmasına ehtiyac var. Çünki sənayeləşmə ixracatın daha innovativ şaxələndirilməsi baxımından vacibdir. “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin yaradılması nəticə etibarı ilə sənaye sektorunun inkişafına təkan vermiş olacaq. Xüsusilə də dövlət mülkiyyətinin tənzimlənməsi və nəzarətin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Qurumun fəaliyyətinin yaxşı təşkil edilməsi nəticədə sənayenin iqtisadiyyatda payının artırılmasına gətirib çıxaracaq»- deyə, iqtisadçı-ekspert qeyd edib.