YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Gələn ilin dövlət büdcəsi sosial yönümlüdür

«Gələn ilin dövlət büdcəsi sosial yönümlüdür. Prezident İlham Əliyevin siyasətinın əsasında da vətəndaşların sosial rifahı dayanır». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, postneft dövründə Azərbaycanda sosial müdafiə xərcləri azaldılmayıb”. Onun sözlərinə görə, gələn ilin icmal büdcəsində sosial müdafiə xərcləri bu illə müqayisədə 20% çoxdur.

«İcmal büdcənin böyük hissəsi sosial müdafiə məsələlərinə yönəldilib. Bu il sosial müdafiəyönümlü qanunlar qəbul olunub və bəzi qanunlara dəyişikliklər edilib. Bu, gələn ilin dövlət büdcəsində əksini tapıb. Gələn ilin dövlət büdcəsində xərclərin 33,5 %-i sosial müdafiə tədbirlərinə yönəldilib. Qeyd edim ki, bu göstərici əvvəlki illərdə 26-28% civarında olub» - deyə, komitə sədri  vurğulayıb.