YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Qeyri-neft sektorunun inkişafı daha dinamik xarakter daşıyır

«Hazırki şəraitdə qlobal çağırışlar ölkələrin iqtisadi təhlükəsizliyinin təmin olunması məsələsini daha da aktual edir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, dünya birliyinə inteqrasiya edən Azərbaycan Respublikası öz inkişafı üçün yeni hədəflərə doğru gedir. Onun sözlərinə görə, ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir.

«Azərbaycanda qeyri-neft sektorunun inkişafı ildən-ilə daha dinamik xarakter daşıyır. Hazırda respublikamızda sərmayə qoyuluşunda prioritet istiqamətlər kimi ağır sənaye, alternativ enerji, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qida emalı sənayesi, logistika və daşıma, turizm kimi sahələr əsas götürülür. Bu da qeyri-neft sektorunun inkişafının göstəricisidir»- deyə, millət vəkili qeyd edib.