YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycan iqtisadiyyatı son illər yüksək templə irəliləyir

«Dünya İqtisadi Forumu tərəfindən hazırlanan 2014-2015-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 144 ölkə arasında 38-ci olub. Bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı son illər yüksək templə irəliləyir». Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkəmizin inkişafının arxasında cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət dayanır. Onun sözlərinə görə, artıq bu reallığı bütün dünya etiraf edir.

«Heç də təsadüfü deyildir ki, "iqtisadi inkişafın Azərbaycan modeli" deyilən bir termin ortaya çıxıb. Dünyanın bir çox ölkələrinin iqtisadiyyat institutları Azərbaycanın iqtisadi uğurlarını öyrənir, araşdırır və Beynəlxalq Valyuta Fondu vasitəsilə müəyyən ölkələrə də tövsiyə edirlər. Bu da bizim beynəlxalq imicimiz üçün böyük uğurdur. Həmçinin, bu, ölkə vətəndaşlarının iqtisadi rifah halının yüksəlməsinə daim xidmət edəcək. Prezident İlham Əliyev Azərbaycanda iqtisadiyyatın şaxələnməsi siyasətini irəli sürdü və bu siyasətin əsas məqsədlərindən biri də neft sektorundan gələn gəlirlərin bir hissəsini, qeyri-neft sektorunun inkişafına qoyulmasıdır. Bu da Azərbaycanın bütün ərazilərinin harmonik inkişafını təmin etməsidir»- deyə, komitə sədrinin müavini vurğulayıb.