YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Azərbaycan dünyanın ən aborigen xalqıdır. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Dövlət bayrağının Azərbaycanın müasir dövlətçilik tarixində rolu və təbliğat istiqamətləri” adlı elmi seminarda çıxışı zamanı deyib.

Y.Mahmudov qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər: "Onlar frigiya etnosudur. Ermənilər xalqların yerdəyişməsi prosesində Asiya qitəsinə köçüblər. Ermənilər Kiçik Asiyanın da aborigen əhalisi deyillər. Ermənilərin Cənubi Qafqazda məskunlaşması Çar Rusiyasının köçürmə siyasəti ilə bağlıdır".

Y.Mahmudov əlavə edib ki, Cənubi Qafqazda erməni dövləti Azərbaycan torpaqlarında yaradılıb.

Y.Mahmudov qeyd edib ki, Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir: "Bayrağımız 1918-ci ildə yaradılmayıb. Bu bayraq özündən əvvəlki bayraqların varisidir. Bizim bayrağımız dünyanı idarə edən Eldənizlər imperiyasının, Səfəvilər, Qaraqoyunlu və s. qədim dövlətlərimizin bayrağıdır".