YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Daşkəsən rayonunda gənclər arasında güləş üzrə rayon birinciliyi keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Daşkəsən rayonunda  gənclər arasında güləş  üzrə rayon birinciliyi  keçirilib. Bununla bağlı keçirilən tədbirdə YAP Daşkəsən rayon təşkilatının Aparat rəhbəri Sərdar Xıdırov Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, partiyamızın keçdiyi şərəfli yoldan, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından, Ulu öndərin müstəqil dövlətimizin inkişaf yoluna çıxarılması sahəsində gərgin fəaliyyətindən ətraflı danışıb. O, bildirib ki, bu gün öz sıralarında 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrilib.

Yarışda 60 nəfər idmançı öz gücünü sinamış və müxtəlif çəki dərəcələri üzrə 12 nəfər idmançı birinci yerə layiq görülüblər. Qaliblər qiymətli  hədiyyələrlə mükafatlandırılıb.

DİGƏR Partiya xəbərləri Arxiv