YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Y.Mahmudov: Ölkəmizin səyləri müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzunun göstəricisidir

«Azərbaycan tarixən tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına və inkişafına böyük töhfələr verib». Bu fikri AMEA-nın Tarix  İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, ölkəmiz İslam dəyərlərinin dünyada təbliği istiqamətində mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, ölkəmizin həmrəylik yönündə səyləri müstəqil Azərbaycanın müsəlman dünyasındakı nüfuzunun göstəricisidir.

«Ümumiyyətlə, müsəlman xalqlarını birləşdirən bir çox ortaq amillər var. Bu amillər müsəlman dünyasında sabitliyin, həmrəyliyin qurulmasına nail olmaqda və bu münasibətlərin genişləndirilməsində vacib rol oynayır. Müsəlman xalqları arasında qurulan dostluq əlaqələri humanitar və mədəni sahələrdə də inkişaf etdirilməlidir. Azərbaycan Şərqlə Qərbin arasında yerləşdiyi üçün hər zaman sivilizasiyalararası körpü rolunu oynayıb. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması dövlətimizin başçısının İslam dünyasının həmrəyliyinə böyük önəm verdiyini göstərir»- deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv