YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Tehran görüşü Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatının uğurlu olduğunu bir daha təsdiqlədi

Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçirilən üçtərəfli görüşü bu əməkdaşlıq formatının uğurlu olduğunu bir daha təsdiqlədi.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə  bildirib. Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan, Rusiya və İranın dövlət başçılarının Tehran görüşündə ölkələr arasında iqtisadi əməkdaşlıq, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məsələlər geniş müzakirə olunub. “Möhtərəm Prezidentimiz görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıb. Bunun nəticəsi olaraq Dağlıq Qarabağ probleminin görüşün yekun bəyannaməsində öz əksini tapması olduqca əhəmiyyətlidir. Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı ilə görüşdə də Dağlıq Qarabağ münaqişəsinə diqqət ayırıb”, - deyə YAP Siyasi Şurasının üzvü qeyd edib.

Vüqar Rəhimzadə bu üçtərəfli formatın qonşu ölkələr arasında iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı sərmayə qoyuluşlarının artmasında, ölkəmizdə yeni müəssisələrin açılmasında mühüm rol oynayacağını vurğulayaraq deyib: “Azərbaycan, Rusiya və İran prezidentlərinin bəyanatlarında üç ölkənin neft-qaz sektorunda əməkdaşlığı, enerji şəbəkələrinin birləşdirilməsi və digər məsələlər də öz əksini tapıb. Bu, çox uğurlu formatdır. Tehran görüşü də bir daha bu əməkdaşlıq formatının uğurlu olduğunu təsdiqlədi”.

 

DİGƏR Xəbərlər Arxiv