YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri  Şinzo Abeyə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm.”