YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor" Ermənistana elektrik enerjisi üçün deyil, atom mənbəyi kimi lazımdır

"Metsamor" Atom Elektrik Stansiyası (AES) Ermənistana elektrik enerjisi üçün deyil, yalnız strateji məqsəd, atom mənbəyi obyekti kimi lazımdır.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov deyib.

Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında “Metsamor” AES-in bağlanması barədə müzakirələrin aparılmasından məlumatsız olduğunu nəzərə çatdıran və belə bir müzakirələrin aparılmasını real saymayan A.Qəribov əlavə edib ki, BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (MAQATE) “Metsamor”un istismar müddətinin 10 illik, yəni 2016-cı ildən 2026-cı ilədək uzadılması barədə artıq qərar verib: “BMT-nin bu sahə üzrə səlahiyyətli qurumu olan MAQATE də artıq bu məsələyə nöqtə qoyub. Əgər Azərbaycanda belə bir AES olsaydı, Aİ çox tez müddətdə onun bağlanması məsələsini qaldırardı”.