YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələri çox uğurla, sürətlə inkişaf edir

“Bu gün biz Azərbaycan-İran və Azərbaycan-Rusiya əlaqələrinin gələcək inkişafı ilə bağlı Prezident Ruhani və Prezident Putin ilə görüşlər keçirdik. Bir daha gördük ki, bizim əlaqələrimiz çox uğurla, sürətlə inkişaf edir və əlaqələrimiz yüksək səviyyədədir.” Bu fikirləri noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin ilə üçtərəfli Zirvə görüşü başa çatdıqdan sonra mətbuata bəyanatında səsləndirmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi vardır. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda, coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olmuşlar.