YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həsən Ruhani: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran, Azərbaycan və Rusiya üçün strateji xarakter daşıyır

Bu gün həmkarlarım Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinlə olduqca əhəmiyyətli məsələləri müzakirə etdik.

Bu sözləri İran prezidenti Həsən Ruhani noyabrın 1-də Tehranda keçirilən İran, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşündən sonra mətbuata verdiyi açıqlamasında deyib.

H. Ruhani nəzərə çatdırıb ki, müzakirə olunan əsas məsələlərdən biri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşdırılması prosesidir. Onun sözlərinə görə hər üç dövlət iqtisadi maraqlarını əks etdirən bu beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması üçün səylərini artıracaq.

İran prezidenti deyib ki, dəhlizin mühüm hissəsini təşkil edən Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin çəkilməsi İran, Azərbaycan və Rusiyanın dəmir yolu sistemlərini birləşdirəcək. Qərara alınıb ki, dəhlizin formalaşması istiqamətində aparılan işlər daha da sürətləndirilsin. Bu dəhliz həm iqtisadi baxımdan səmərəlidir, həm də xalqların daha da yaxınlaşması üçün zəmin yaradacaq.

H.Ruhani Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hər üç dövlət üçün strateji xarakter daşıdığını vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv