YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin deputatı: Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilk növbədə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bu fikri Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin söyləyib.

Onun sözlərinə görə, münaqişələrin həlli beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin məşğul olduğunu xatırladan avropalı deputat qeyd edib ki, münaqişənin həll olunmaması Avropa qonşuluq siyasətinin tam həyata keçirilməsinə mane olur.

A.Mamıkin vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvo qəbuledilməzdir, münaqişə hərbi yox, siyasi yolla həllini tapmalıdır.