YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiya hazırlanacaq

«Sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, “Sosial xidmət haqqında” qanunun hazırlanmasında UNİCEF-lə əməkdaşlığın əhəmiyyəti böyükdür». Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan üzrə Nümayəndəliyinin yeni rəhbəri Andro Şilakadze ilə görüşü zamanı deyib.

S.Müslümov bildirib ki, cari ilin iyununda ƏƏSMN ilə UNİCEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparılacaq. Onun sözlərinə görə, bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin  gündəliyində duran məsələlərdən biridir.

«Hesab edirəm ki, bu strategiyanın hazırlanmasında UNİCEF tərəfindən texniki və ekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi  yeni əməkdaşlıq istiqamətləri ola bilər»- deyə, nazir vurğulayıb.