YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq

«Azərbaycan dövləti regionda möhtəşəm layihələrin müəllifi və təşəbbüskarı olmaqla  sülh və əməkdaşlığın mükəmməl nümunələrini ortaya qoyur». Bu fikri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bugünlərdə istifadəyə verilən Bakı-Tbilisi–Qars dəmir yolu xətti də məhz belə layihələrdəndir. Onun sözlərinə görə, bu xətt geosiyasi baxımdan  çox önəmlidir.

«Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşir. Eləcə də, Avropa ilə Asiyanı birləşdirir. Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin istifadəyə verilməsi hər iki qitəni daha da yaxınlaşdıracaq, tarixi İpək Yolunun əhəmiyyətini xeyli gücləndirəcək. Bu layihənin reallığa çevrilməsi şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevin güclü siyasi iradəsinin məntiqi nəticəsidir. Bu layihələr məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir. Bununla da Azərbaycanın strateji əhəmiyyəti daha da artır. Bakı-Tbilisi–Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq»- deyə, R.Əliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv