YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə növbəti tədbir keçirib

Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. YAP Laçın rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq bu silsilədən növbəti tədbir baş tutub.

Belə ki, Taxtakörpü qəsəbə tam orta məktəbinin idman zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi keçirilib. YAP Laçın rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan yarışda respublikanın on bir rayonunundan idmançılar iştirak ediblər. İyirmi yeddi çəki dərəcəsində keçirilən uşaq, yeniyetmə və gənclər arasında Cüdo idman növü üzrə açıq rayon birinciliyi yüksək idman mübarizəsi şəraitində baş tutub.

Sonda qaliblərə fəxri fərmalanr və qiymətli hədiyyələr təqdim edilib.

 

DİGƏR Xəbərlər Arxiv