YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirəcək

«Bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır. Bir müddət əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, iki gün öncə isə Bakı-Tbilisi – Qars dəmir yolunun açılış mərasimin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun ifadəsinə çevrilib». Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bizlər bu tarixi hadisələrə şahidlik etdiyimiz üçün müstəqil Azərbaycan dövlətinin vətəndaşları olaraq haqlı qürur hissi keçiririk. Onun sözlərinə görə, bu tipli böyük layihələr Azərbaycanın dünya miqyasında siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.

«Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın tarixi uğurudur. Bununla yanaşı, regional və qlobal nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təhlükəsizliyi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir. Bütövlükdə, Bakı-Tbilisi-Qars  dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun daha da güclənməsinə təsir edən ciddi hadisədir»- deyə, S.Qafarova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv