YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Şabranda YAP-ın yaranmasının 25 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının tədbirlər planına əsasən, partiyanın yaranmasının 25 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov ötən 25 il ərzində partiyanın şərəfli yol keçdiyini bildirib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP müasir Azərbaycanın inkişafının əsas dəstəkçisinə çevrilib”.

Natiq qeyd edib ki, YAP öz intellektual səviyyəsi, sosial bazası və Ümummilli liderin siyasi kursu sayəsində qısa müddətdə ölkənin aparıcı qüvvəsi kimi formalaşaraq, ümumxalq partiyasına çevrildi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində tezliklə Azərbaycanda siyasi sabitlik bərqərar oldu və ölkənin parçalanması təhlükəsi aradan qalxdı.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, YAP Şabran rayon təşkilatının İdarə Heyətinin üzvü Novruz Novruzov, millət vəkili, YAP Şabran rayon təşkilatının İdarə Heyətinin üzvü Tahir Süleymanov, YAP Şabran rayon təşkilatının Şura üzvü Tofiq Əmrahov və başqaları çıxış edərək vurğulayıblar ki, Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə reallaşdırılır. Çıxış edənlər Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bu partiyanın sıralarına qoşulmuş 700 mindən artıq insan partiyanın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin inkişafına mühüm töhfələr verirlər.

Tədbirdə partiyanın fəaliyyətində fərqlənən partiya fəallarına fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir rayon və respublika incəsənət xadimlərinin iştirakı ilə bayram konserti ilə davam edib.

DİGƏR Partiya xəbərləri Arxiv