YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanlı deputat: Bakı-Tbilisi-Qars dəmir yolu xətti region dövlətləri üçün yeni imkanlar açacaq

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması tarixi hadisədir. Bu layihə Azərbaycan, Türkiyə və Gürcüstan, eləcə də onların tərəfdaşları üçün yeni imkanlar açacaq.

Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Tamara Xulordava deyib.

T.Xulordava qeyd edib ki, bu layihə region ölkələri üçün yeni iqtisadi perspektivlər yaradacaq. “Azərbaycan, Türkiyə və Gürcüstan yerləşdikləri geostrateji mövqeyə görə Asiya ilə Avropa arasında körpü rolunu layiqincə yerinə yetirir. Düşünürəm ki, bu layihə də iqtisadiyyatın yeni inkişaf mərhələsi olacaq”, deyə Gürcüstan parlamentinin deputatı əlavə edib.

O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünya üçün bir sülh, təhlükəsizlik, ölkələrin bir-birindən səmərəli faydalanmaq çağırışıdır.

Gürcü deputat hesab edir ki, zaman keçdikcə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən istifadə edən ölkələrin sayı artacaq.