YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Türkiyə Prezidentinin ölkəmizə səfərinin böyük əhəmiyyəti var

«Türkiyə Prezidentinin ilk səfərini Azərbaycana etməsi ölkələrimizin yüksək əlaqələrinin göstəricisidir. Bu, bir daha Azərbaycana xüsusi münasibət olduğunu təsdiq edir». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, səfər zamanı bir çox məsələlər geniş müzakirə olunub. Onun sözlərinə görə, danışıqlar prosesində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət mərkəzində olub.

«Məsələyə bu prizmadan yanaşdıqda hesab edirəm ki, bu səfərin olduqca böyük əhəmiyyəti vardır. Bəzi qüvvələr hesab edirlər ki, guya cənab Ərdoğanın 2015-ci ildə Ermənistana dəvət alması müəyyən mənada Ermənistanla sərhədlərin açılması məsələsinə yenidən baxılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bu məsələdə Türkiyənin dəyişməz, qətiyyətli mövqeyi var. R.T.Ərdoğan hələ baş nazir olarkən də dəfələrlə bildirmişdi ki, onlar Ermənistanla münasibətlərin bərpasının əleyhinə deyillər, ancaq bu, yalnız Azərbaycanın torpaqlarının işğalı ilə bağlıdır. Ona görə də əgər həmin səbəb aradan qalxsa, işğala son qoyulsa, bu halda yeni şərait formalaşar və Ermənistanla münasibətlərə, eyni zamanda səhədlərin açılması məsələsinə baxıla bilər. Yəni bu mövqe bəlli mövqedir»- deyə, politoloq vurğulayıb.