YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Bu gün həm yaşadığımız dövr, həm də gələcəyimiz üçün çox mühüm addım atırıq

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə siz dostlarımla, qardaşlarımla bir yerdə olmağımdan böyük bir məmnunluq duyuram. Bu gün təkcə yaşadığımız dövr üçün deyil, gələcəyimiz baxımından da çox mühüm addım atırıq.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

“Bu mərasimlə Asiyanı, Avropa və Afrikanı bir-biri ilə bağlamaq məqsədi ilə başladılan yeni “İpək Yolu” təşəbbüsünün halqalarından birini istifadəyə veririk. Bakı-Tbilisi-Qars dəmir yolunun ilk səfərinin reallaşması ilə Orta Dəhliz layihəsinin ən önəmli mərhələsi başa çatır. Beləliklə, Londondan Çinə birbaşa dəmir yolu xəttinin qurulduğunu da bəyan edirik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, qətiyyət və uzaqgörənliyin əsəri olan bu layihə hamımızın birgə uğurudur: “Azərbaycanlı qardaşlarım “Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir”, - deyirlər. Məhz bu baxımdan bu layihə zəhmətlə, fədakarlıqla, alın təri ilə həyata keçirildiyi üçün həqiqətən çox önəmlidir. Ölkəm və xalqım adından layihənin bütün bölgəmiz və bütün xalqlarımız üçün xeyirli olmasını Allahdan arzu edirəm”.

DİGƏR Xəbərlər Arxiv