YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP yaranmasının 25-ci ildönümü münasibətilə Tərtərdə təntənəli tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə partiyanın Tərtər rayon təşklatı tərəfindən növbəti tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tərtər rayon Mədəniyyət Mərkəzində keçirilən, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalıların və fəal gənclərin iştirak etdiyi tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi olduğunu bildirib. R.Şabanov olduqca çətin şəraitdə yaranmış partiyanın çox qısa müddətdə böyük siyasi qüvvə kimi formalaşmasını, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsini Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.

Çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası 25 il ərzində şərəfli yol keçib. Rayon İcra Hakimiyyətinin başçısı deyib ki, YAP böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanıb. Partiyanın qurucusu Ümummilli lider Heydər Əliyevin və Onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatlar, yürüdülən daxili və xarici siyasət xalqımızın rifah halının yaxşılaşmasına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə zəmin yaradıb.

Tədbirdə həmçinin, YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, YAP Tərtər rayon təşkilatı Şurasının üzvü, rayon Statistika idarəsinin müdiri Ədalət Məmmədov, YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin üzvü, Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov və YAP Tərtər rayon təşkilatı Şurasının üzvü, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələri reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu vurğulayıblar. 

Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında fərqlənənlərə YAP rayon təşkilatı tərəfindən fəxri fərmanlar, partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.