YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırıma təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma, Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.

İnanıram ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram”.