YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Çan Day Kuanq: Vyetnam-Azərbaycan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsini və inkişaf etməsini arzu edirəm

“Fəxr edirik ki, ötən 25 il ərzində tarixdə baş verən bir sıra hadisələrə və qeyri-sabitliyə baxmayaraq ölkələrimizin ənənəvi dostluğu qorunmuş, yaxşılaşdırılmış və əhəmiyyətli dərəcədə möhkəmləndirilmişdir. Ölkələrimiz birgə səylər nəticəsində səmərəli dostluq və faydalı əməkdaşlıq qurmuş və inkişaf etdirmişdir. Bu münasibətlər hər iki ölkənin inkişafına müsbət töhfə vermiş və dünyada gedən dəyişikliklər kontekstində əməkdaşlığımız üçün güclü təməldir”. Bu sətirlər Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktubunda  yer almışdır.

Məktubda qeyd olunur ki, 2017-ci il Vyetnam və Azərbaycan üçün mənalı ildir: “Biz bu il diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirik.

Mən qəti şəkildə inanıram ki, bizim səmimi, ənənəvi dostluğumuz ölkələrimizin və xalqlarımızın mənafeyi, tərəqqisi, regionda və dünyada sülhün möhkəmlənməsi işinə bundan sonra da töhfə verəcək”.