YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artacaq

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi Azərbaycan iqtisadiyyatına son dərəcə müsbət təsir göstərəcək”. Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu xəttinin istifadəyə verilməsi nəticəsində Çindən Avropaya gedən dəmiryol xətləri qısalacaq, yük daşınmaları xeyli qısa müddətdə reallaşacaq. Onun sözlərinə görə, Azərbaycan tranzit ölkə kimi sərnişin və yükdaşınmasından böyük gəlir əldə edəcək.

«Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurm neft və qaz kəmərləri fəaliyyətdədir, indi də dəmiryol xəttinin işə düşməsi ilə Azərbaycan təşəbbüskarı olduğu növbəti meqalayihəni reallaşdırmış olacaq. İşğalçı Ermənistan isə növbəti dəfə böyük bir layihədən kənarda qalacaq. Azərbaycanın büdcəsi yeni gəlir mənbəyi əldə  edir. Bu Azərbaycan xalqının rifahının yüksəlməsinə səbəb olacaq, ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək, iqtisadi islahatların həyata keçirilməsi üçün imkanlar yaradacaq. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bundan sonrakı təminatı üçün əlavə maliyyə mənbələri əldə etmiş olacağıq. Azərbaycan, Gürcüstan və Türkiyə dostluğu daha da möhkəmlənəcək. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artacaq»- deyə, deputat qeyd edib.