YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Qazanılmış bütün nailiyyətlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir

«Bu gün beynəlxalq reytinq ölçən mərkəzlər Azərbaycanı rəqabət qabiliyyətliliyinə, iqtisadi inkişaf potensialına, dövlətin vətəndaşlara və biznesə qayğısına, liberallaşmaya və digər amillərə görə dünya dövlətləri arasında 35-ci yerə layiq görüb. Bu gün ali təhsilli bütün vətəndaşlar imtahan verməklə dövlət qulluğuna işə qəbul oluna bilər. Bu da sosial ədalətin bariz nümunələrindən biridir». Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi  məsələlər üzrə köməkçisi, YAP İdarə Heyətinin üzvü Əli Həsənov YAP Nəsimi rayon təşkilatının X konfransında çıxışı zamanı deyib.

Əli Həsənov bildirib ki, qazanılmış bütün nailiyyətlər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

«Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib. Azərbaycanın inkişafında YAP-ın özünəməxsus rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sıralarını daha da genişləndirən partiya gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcək»- deyə, Əli Həsənov vurğulayıb.