YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti türkmənistanlı həmkarını milli bayram münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

Dövlətimizin başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.