YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq

Azərbaycanla İran kənd təsərrüfatı texnikası istehsalı üzrə birgə müəssisəsə yaradacaq.

Bu barədə jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, "2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 2015-ci ilə nisbətən 70 faiz, bu ilin ilk 9 ayında isə 33 faiz artıb.

"Neftçala Sənaye Məhəlləsində İranla birgə inşa olunan avtomobil zavodunun birinci mərhələsi bu ilin sonunadək istifadəyə veriləcək. Pirallahı Sənaye Parkında isə İranla birgə əczaçılıq müəssisəsi yaradılır. Hazırda layihələndirmə işləri aparılır, gələn il tikintisi həyata keçiriləcək. Biz, eyni zamanda, kənd təsərrüfatı texnikası avadanlığının istehsalı ilə məşğul olan birgə müəssisəsinin yaradılması üzərində işləyirik, hazırda danışıqlar aparılır. Kənd təsərrüfatı sahəsində digər birgə müəssisələrin yaradılması üzərində də işlər gedir", - deyə nazir diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv