YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Həsənova: Dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri innovasiyaların təşviqidir

«İqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, ətraf mühitin mühafizəsinin gücləndirilməsi baxımından innovasiyalar mühüm əhəmiyyət kəsb edir». Bu fikri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S.Həsənova bildirib ki, dayanıqlı inkişafın təmin olunması məqsədilə qəbul edilmiş strateji sənədlərin mühüm hədəflərindən biri də innovasiyaların təşviqidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında, həmçinin müxtəlif sektorları əhatə edən Strateji Yol xəritələrində innovasiya ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib.

«Azərbaycan BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulub. BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərindən biri də məhz möhkəm infrastruktur qurmaq, inklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və innovasiyaları həvəsləndirməkdir»- deyə, nazir müavini vurğulayıb.