YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Biz tərəflərin danışıqlar prosesini intensivləşdirməyə və təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə addımlar atmağa hazır olmasını alqışlayırıq

Rusiya XİN Bakının və Yerevanın təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə tədbirlər görməyə hazır olduğunu alqışlayır.

Rusiya XİN-in rəsmi nümayəndəsi bu sözləri Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh edərkən söyləyib.

M.Zaxarova deyib: “Biz tərəflərin danışıqlar prosesini intensivləşdirməyə və təmas xəttində gərginliyin azaldılmasına yönəlmiş əlavə addımlar atmağa hazır olmasını alqışlayırıq”. M.Zaxarova qeyd edib ki, Moskva ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünə hazırlıqla bağlı səylərini dəstəkləyir. Həmin görüşdə “münaqişənin tənzimlənməsi ilə bağlı mühüm məsələlərin və vəziyyəti sabitləşdirmək üzrə mümkün tədbirlərin müzakirə edilməsi” nəzərdə tutulur.

Mariya Zaxarova daha sonra deyib: “Təəssüf ki, münaqişə zonasında vəziyyət mürəkkəb olaraq qalır. Biz Bakını və Yerevanı həll edilməmiş məsələlərə dair çıxış yolu axtarışına konstruktiv yanaşmağa çağırırıq”.