Xəbərlər
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 15 faizədək artıb

Bu ilin 3 rübü ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15 faizədək artıb.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev brifinq zamanı deyib. /Trend/
Bu müddət ərzində dəmiryolu nəqliyyatı ilə daşımalaırn həcmi 1,5 milyon tona yaxın təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 146 faiz çoxdur.