YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çexiya Senatının sədr müavini: Aİ-Azərbaycan strateji tərəfdaşlıq sazişi hər iki tərəf üçün yeni imkanlar açacaq

Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş hər iki tərəf üçün yeni imkanlar açacaq.

Bunu Trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.

Y.Şestak bildirib: "Bu saziş heç şübhəsiz Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıqda pozitiv atmosferin qorunmasına yardım edəcək.

Azərbaycan və Çexiya arasında parlamentlərarası münasibətlərdən danışan Senatın sədr müavini qeyd edib ki, hazırda bu əlaqələr yüksək səviyyədədir.

O vurğulayıb: "Bu münasibətləri gələcəkdə inkişaf etdirmək və əməkdaşlığı davam etdirmək üçün qarşılıqlı istək var".

İki ölkə arasında iqtisadi əməkdaşlığa toxunan Y.Şestak deyib ki, kənd təsərrüfatı, kimya sənayesi, metallurgiya əsas belə sahələrdir.

Qeyd edək ki, bu gün Çexiya sahibkarları Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar yatırıb.