YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir

«Ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi uğurla fəaliyyət göstərir. O xatırladıb ki, bir neçə il bundan əvvəl Bakı İslam mədəniyyətinin paytaxtı elan edilib.

«Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir. Gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməməlidir. Bu məsələdə, ilk növbədə, biz alimlər və ilahiyyatçılar məsuliyyət daşıyırıq. Təkcə İslam alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri bu işdə fəal olmalıdırlar»- deyə, akademik vurğulayıb.