YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır

«Azərbaycanda müxtəlif ölkələrə və dinlərə həmişə böyük diqqətlə yanaşırlar». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva  deyib.

J.Əliyeva bildirib ki, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır. Onun sözlərinə görə, ölkəmizdə müxtəlif millətlərin, dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar.

«Vaxtaşırı olaraq buna aid müxtəlif tədbirlər keçirilir. Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir. Müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir»- deyə, J.Əliyeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv