YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib

«2017-ci ilin doqquz ayında ölkəmizdə qeyri-neft iqtisadiyyatı 2,5%, qeyri-neft sənayesi 3,1%, kənd təsərrüfatı 2,8%, xarici ticarət dövriyyəsi 7% artmış, müsbət saldo 4,4 mlrd. ABŞ dolları olmuşdur. Bu dövrdə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard ABŞ dolları təşkil etmişdir». Bu fikirləri iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev  sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı valyuta ehtiyatlarının artırılması, qeyri-neft sektorunun sürətli inkişafının davam etdirilməsi, ilin sonunadək Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlərin həlli, infrastruktur layihələrinin icrasının, o cümlədən meliorativ tədbirlərin davam etdirilməsi, sahibkarlığın inkişafı, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilin sonuna qədər nəzərdə tutulmuş kreditləşmənin tam həcmdə təmin edilməsi, heyvandarlıq, pambıqçılıq, baramaçılıq, tütünçülük fındıqçılıq, çəltikçilik, sitrusçuluq, çayçılıq və digər sahələrin inkişaf etdirilməsi, böyük ixraca hesablanmış logistik mərkəzlərin, aqroparkların və sənaye zonalarının yaradılmasınən davam etdirilməsi, yeni xalçaçılıq müəssisələrinin və yün tədürükü məntəqələrinin açılması, yeni otellərin tikintisi, “ASAN xidmət” mərkəzlərinin tikintisinin davam etdirilməsi, işsizliyin aşağı səviyyədə saxlanması, yeni iş yerlərinin yaradılması və s. tapşırıqlar verib.

«Dövlət başçısı Nazirlər Kabinetinin iclasında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində dövlət qurumları üçün nəzərdə tutulan bütün tədbirlərin 2020-ci ilə qədər öz həllini tapmalı olduğunu vurğulayıb. İqtisadiyyat Nazirliyi bu vəzifələrdən irəli gələn tədbirləri həyata keçirməkdədir»- deyə, nazir vurğulayıb.