YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqlar xatirinə danışıqlarda iştirak etmir

«Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqlar xatirinə danışıqlarda iştirak etmir. Ölkəmizin Prezidenti bu barədə dəfələrlə mövqeyini bəyan edib». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü müsbət haldır. Bununla belə millət vəkilinin fikrincə, işğalçı tərəf münaqişənin ədalətli həllinə maraqlı olmadığı üçün Ermənistan prosesi məqsədli şəkildə pozur.

«ATƏT-in Minsk qrupunun həmsədrləri vaxtaşırı müəyyən təkliflər irəli sürsə də, işğalçı tərəfə qarşı konkret addımlar atmır. Bir sıra hallarda, həmsədr ölkələrdən Ermənistana dəstək verildiyini müşahidə etmişik. Ona görə də, həmsədrlərin Dağlıq Qarabağ münaqişənin ədaləti mövqe nümayiş etdirməməsi təəssüf doğurur. Şübhəsiz ki, prezidentlərin görüşündə dövlətimizin başçısı Azərbaycanın prinsipial mövqeyini ortaya qoyacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa variant yoxdur»- deyə, deputat qeyd edib.