YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vladimer Çaçibaia ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilən səmərəli əməkdaşlıq təcrübəsini müzakirə edən tərəflər münasibətlərimizin bölgədə təhlükəsizliyin təmin olunmasına zəmin yaratdığını xüsusi vurğulayıblar.

Görüşdə, həmçinin Silahlı Qüvvələrin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin, o cümlədən hərbi mütəxəssislərin görüşlərinin təşkili və keçirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə fayda verəcəyi bildirilib.

Tərəflər Gürcüstanın da iştirakı ilə üçtərəfli və ikitərəfli formatda birgə təlimlərin keçirilməsinin Silahlı Qüvvələrimizin bölmələri arasında əməliyyat uzlaşmasının əldə olunmasına və regional təhlükəsizliyə töhfə verəcəyinə əminlik ifadə ediblər.