Xəbərlər
Azərbaycanın Baş naziri və Bolqarıstanın Prezidenti birgə nahar ediblər

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev birgə nahar ediblər.
Söhbət zamanı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.