Partiya xəbərləri
YAP Şuşa rayon təşkilatının V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının V konfransı keçirilib.
Konfransda təşkilatın sədri Təvəkkül Əliyev hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış edib. O, çıxışında partiyanın yaranmasına, iqtidara gəldiyi zamandan isə müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın ikişafına verdiyi töhfələrdən geniş bəhs edib. Təvəkkül Əliyev hesabat dövründə rayon təşkilatının sıralarının xeyli genişləndiyini bildirib. Ölkədə həyata keçirilən uğurlu siyasətdən geniş bəhs edən məruzəçi bu naliyyətlərdə YAP fəallarının da payı olduğunu nəzərə çatdırıb.
Təşkilatın nəzarət-təftiş qrupunun hesabat məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat verilib.
Hesabat məruzəsi ətrafında çıxış edən təşkilatın üzvləri Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi tövsiyələrdən geniş bəhs edərək YAP Şuşa rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, MM-in komitə sədri Hadi Rəcəbli, Milli Məclisin deputatı Elman Məmmədov və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və başqaları partiyamızın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Şuşa rayon təşkilatının 17 nəfərdən ibarət Şurası, 9 nəfər tərkibdə İdarə Heyəti və 3 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib. Təvəkkül Əliyev yenidən YAP Şuşa rayon təşkilatının sədri seçilib.