YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

Oktyabrın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin müxtəlif aspektləri barədə fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın oktyabrın sonunda Azərbaycana nəzərdə tutulmuş səfəri və səfərin proqramı ilə bağlı məsələlər müzakirə edildi.