YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“National Geographic Azərbaycan” jurnalının təqdimatı olub

Sentyabrın 1-də yeni çapdan çıxmış “National Geographic Azərbaycan” jurnalının təqdimatı olub.

Məlumat verilib ki, 1888-ci ildən İngiltərədə dərc olunan jurnal hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur.

Jurnal Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda nəşr olunmağa başlayıb. Artıq jurnal ingilis dilindən əlavə 40 yerli dildə nəşr edilir.

Azərbaycan versiyasından əvvəl 2013-cü ilin martında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyulunda isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.