YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezidentin ehtiyat fondundan Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat vəsait ayrılıb

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı ilə bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

DİGƏR Xəbərlər Arxiv