Xəbərlər
XİN: Azərbaycan İspaniyanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edir

Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət edir.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
“Biz mövcud vəziyyətin İspaniyanın Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq”, - deyə açıqlamada qeyd edilir.