YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Paytaxtın iqtisadi və sosial sahələrinin inkişafına 9 milyard manatdan çox vəsait yönəldilib

2017-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard 109,4 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, ümumi sərmayənin 30,8 faizi dövlət, 69,2 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.