YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: İqtisadi Artımın Bərpası Proqramı sosial prioritetlərin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək

Ölkəmizlə Dünya Bankının əməkdaşlığı çərçivəsində ötən dövrdə birgə icra olunan layihə və proqramlar digər sahələrlə yanaşı, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, sosial infrastrukturun yaxşılaşdırılması, əmək və sosial müdafiə, təhsil, səhiyyə sistemlərinin təkmilləşdirilməsi kimi vacib sosial məqsədləri də əhatə edib. Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı sosial prioritetlərin, xüsusən əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinin davam etdirilməsində yeni əməkdaşlığa imkan verəcək.

Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı üzrə missiyası ilə görüşdə bu barədə danışıb.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin milli iqtisadiyyatın sağlam təməllər üzərində və iqtisadi şaxələndirmə əsasında, yeni çağırışlara uyğun inkişaf etdirilməsi sahəsində apardığı siyasət son illərin qlobal iqtisadi böhranı şəraitində də ölkənin davamlı inkişaf tempi nümayiş etdirməsinə imkan verib.

S.Müslümov bildirib ki, ölkə Prezidentinin 2016-cı il dekabrın 6-da verdiyi Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ölkəmizdə dayanıqlı inkişafın qarşıdakı dövrdə də təmin olunmasına yönələn mühüm strateji hədəfləri müəyyən edir.”

S.Müslümov Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının ölkəmizdə iqtisadi inkişafın balanslaşdırılması istiqamətində fəaliyyətin əmək bazarı üzrə çevik tədbirlər kompleksinin dəstəklənməsinə yönəldilməsinin də əhəmiyyətli ola biləcəyini vurğulayıb.

Görüşdə qeyd olunan Proqramın prioritetləri, əmək bazarının tənzimlənməsində yeni yanaşmalar, işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması, əmək resurslarının peşə və ixtisaslar üzrə bacarıqlarının daim inkişaf edən iqtisadiyyatın tələblərinə və müasir çağırışlara uyğun olaraq artırılması məsələləri müzakirə olunub.