YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Şirvan şəhər təşkilatının VII konfransı keçirilmişdir

Sentyabrın 29-da YAP Şirvan şəhər təşkilatının VII konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov  açaraq hesabat məruzəsi çıxış etmişdir. Sədrin hesabatı dinlənildikdən sonra nəzarət - təftiş qrupunun məlumatı dinlənilmişdir.

Konfrasda çıxış edən təşkilat nümayəndələri YAP Şirvan şəhər  təşkilatının hesabat dövrü ərzindəki fəaliyətini qənaətbəxş hesab etdiklərini bildirmişlər.

Konfransda həmçinin, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvlərindən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də  Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov  çıxış etmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki, Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin ictimai-siyasi həyatının aparıcı qüvvəsinə çevrilərək regionun ən iri və ən güclü siyasi partiyalarından biri olmuşdur. Heydər Əliyev ideyalarını özünün ideoloji və siyasi mübarizəsinin əsas silahı kimi mənimsəyən Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində bir çox uğurlara imza atmışdır. Partiyamızın sıraları genişlənək 700000-i ötmüş, beynəlxalq nüfuzu artaraq möhkəmlənmişdir. Yeni Azərbaycan Partiyasına Prezidentimiz İlham Əliyevin rəhbərlik etməsi, onun yorulmaq bilməyən titanik fəaliyyəti, partiyamızın inkişafının və qazandığı uğurların əsasını təşkil etdiyini bildirmişlər. Azərbaycanın müstəqillik dövründə bu müddət ərzində ölkəmiz bir çox ciddi sınaqlarla üzləşmiş, tariximizin ən ağır, ən faciəli hadisələrini yaşamışdır. Xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əlirza oğlu Əliyevin titanik zəhməti, müdrikliyi və uzaqgörənliyi səyasində respublikamız bu sınaqlardan şərəflə çıxmış, bu gün dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmuşdur. 

 Azərbaycan dünyada qadın hüquqlarını tanıyan ilk dövlətlərdən biri, qədim şərqdə qadınlara  seçki hüququ verən birinci dövlət olmuşdur. Qadına yüksək hörmət və ehtiram xalqımızın ən nəcib və ən ali xüsusiyyətlərindən biridir. Azərbaycan qadını həmişə öz yüksək əxlaqı  keyfiyyətləri ilə seçilmiş, mənəvi dəyərlərilə cəmiyyətdəki rolunu möhkəmləndirmişdir. Partiyamızın V qurultayında Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədr müavini seçilməsi qadınların cəmiyyətdəki rolunu təsdiqləməklə yanaşı, Partiyamızın fəaliyyətinə bir dinamizm qatmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse prezident təyin edilməsi xalqımızın sosial sifarişi, Mehriban xanıma olan xalqın sevgi, məhəbbətinin təsdiqi olmaqla yanaşı eyni zamanda onun çoxşaxəli fəaliyyətinin, xalqımızın sosial rifahının qoruyucusu, mədəniyyətimizin hamısı, ölkəmizin nüfuzunun dünya miqyasında tanıdılması sahəsindəki yorulmaq bilməyən əməyinin yüksək qiymətləndirilməsi deməkdir.

Konfransda daha sonra təşkilati məsələlərə baxılmışdır. Konfrans YAP Şirvan şəhər  təşkilatının 45 nəfərdən ibarət Şurasını və 5 nəfərdən ibarət nəzarət -təfriş qrupunu seçmişdir. Şirvan şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini  Samid Abıyev yekdilliklə şəhər təşkilatının sədri seçildi.

DİGƏR Partiya xəbərləri Arxiv