YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mingəçevir şəhər təşkilatının IX konfransı keçirilmişdir

Sentyabrın 28-də  YAP Mingəçevir şəhər təşkilatının IX konfransı keçirilmişdir.

Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu  Ulu Öndər Heydər Əliyevin  şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət etmiş, abidənin önünə  tər çiçəklər düzməklə onun  əziz xatirəsini ehtiramla yad etdilər.

Konfransda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

VIII konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq nəzarət- təftiş qrupunun gördüyü işlər  barədə hesabat konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Məruzə ətrafında çıxış edənlər hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər  barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın  səkizinci  konfransdan  keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.

Konfransda daha sonra təşkilati məsələlərə baxıldı.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının 51 nəfərdən ibarət   şurası,  7 nəfərdən ibarət nəzarət- təftiş qrupunun  tərkibi seçildi.

Konfransda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  yekdilliklə yenidən şəhər  təşkilatının sədri  seçildi.

Konfransda  Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək YAP-ın keçdiyi  şərəfli inkişaf yolundan,  respublikanın ictimai –siyasi həyatında oynadığı roldan, həmçinin YAP Mingəçevir şəhər təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdilər.