YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Beynəlxalq təşkilatlar hazırki vəziyyətdən nəticə çıxarmalıdırlar

«Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxışı zamanı Dağlıq qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqe nümayiş etdirdi».  Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, dövlətimizin başçısı BMT-nin ali tribunasından Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi. Onun sözlərinə görə, Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin zəruriliyini vurğulayıb.

«Cənab Prezident bu qətnamələrin icra olunmamasını ikili standartların təzahürü kimi dəyərləndirdi və belə yanaşmaya son qoyulmasını tələb etdi. Dövlətimizin başçısı bildirdi ki, beynəlxalq ictimaiyyət Ermənistanın faşist və terrorçu siyasətinə son qoymalıdır. Beynəlxalq təşkilatlar hazırki vəziyyətdən nəticə çıxarmalıdırlar. Əgər işğalçı Ermənistana qarşı tədbirlər görməsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək»- deyə, deputat qeyd edib.