YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Azərbaycan hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı məkan olub

«Azərbaycan hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı məkan olub». Bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, Azərbaycan tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Onun sözlərinə görə, ölkəmizdə bütün dinlərin daşıyıcıları sərbəst şəkildə öz inanclarına etiqad edir.

«Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdir. Bu gün Azərbaycan beynəlxalq aləmdə multikulturalizm mərkəzi kimi tanınır. Ölkəmizdə tolerantlığın, dinlərarası dialoqun gücləndirilməsi üçün çox gözəl şərait mövcuddur. Bu yöndə aparılan fəaliyyətin gücləndirilməsi isə xalqımızın bir amal, bir ideya - azərbaycançılıq ideyası ətrafında daha sıx birləşməsini təmin edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv