YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılır

“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun vacib sənəddir. Bu fikri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, bu qanun yerli özünüidarəetmə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun yüksəlməsinə, vətəndaşların bələdiyyə üzvlərinə inamının artırılmasına və bələdiyyə üzvlərinin qanunla müəyyən edilmiş vəzifələrinin icrası ilə bağlı məsuliyyətinin güclənməsinə təminat verir. Onun sözlərinə görə, ötən sessiyada “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlarda da vacib dəyişikliklər edilib.

«Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilib, bu yöndə bir sıra normativ hüquqi aktlar qəbul edilib. Təkcə 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62 min 228 bələdiyyə aktı daxil olub ki, bu da 2015-ci ildəkindən 5,6 faiz çoxdur. Daxil olmuş aktlardan 58 min 923-ü qanunvericiliyə uyğun hesab edilib, 3 min 87 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunub. Qarşıdan gələn payız sessiyasına gəlincə, komitəmizdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda və “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə məsələlərə baxılacaq. Eyni zamanda, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılacaq»- deyə, A.Rəhimzadə vurğulayıb.